Biləsuvarda fərdi evdə yanğın olub

Biləsuvarda fərdi evdə yanğın olub
# 23 mart 2016 17:54 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Mübariz İbrahimov küçəsində Həsrətov soyadlı vətəndaşa məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yanğın nəticəsində ümimi sahəsi 210 kv.m olan birmərtəbəli, 4 otaqlı evin bir otağı içindəki məişət əşyaları ilə birlikdə 24 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR