Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib

Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib
# 15 aprel 2016 11:52 (UTC +04:00)

Bakı – APA. Bu gün Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və final mərhələlərinin püşkü atılıb.

Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Aprelin 26-27-də ilk, mayın 3-4-də cavab matçları keçiriləcək mərhələdə “Mançester Siti” “Real”la, “Atletiko” isə “Bavariya” ilə qarşılaşacaq.

Ardınca mayın 28-də, İtaliyanın Milan şəhərində baş tutacaq finalın nominal meydan sahibi müəyyənləşib. Bu, “Mançester Siti” - “Real” cütünün qalibi olacaq.

Yarımfinal

26-27 aprel/3-4 may

1. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)

2. “Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya)

Final

28 may, Milan

1-ci cütün qalibi – 2-ci cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR