Arzuxan Əlizadə: “AMİP sədrliyinə namizədliyimi irəli sürəcəyəm”

Arzuxan Əlizadə: “AMİP sədrliyinə namizədliyimi irəli sürəcəyəm”
# 13 aprel 2016 10:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AMİP sədrliyinə namizədlər hələ ki, müəyyənləşməyib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib.

A.Əlizadə partiya sədrliyinə də namizədliyin rəsmi qaydada irəli sürülmədiyini bildirib: “Çünki AMİP-də yalnız qurultay günü müəyyən olunandan sonra rəsmi qaydada namizədliyin irəli sürülməsi prosesinə start verilir. Bu, ona görə nəzərdə tutulub ki, bütün namizədlər üçün bərabər imkanlar yaradılsın. Namizəd partiya üzvü və rəhbərlikdə təmsil olunan şəxs də ola bilər. Bu baxımdan mən də öz namizədliyimi irəli sürəcəyəm”.

AMİP baş katibi qeyd edib ki, qurultayın gününün müəyyənləşməsi üçün aprel ayında Mərkəzi Şuranın iclasının çığırılması nəzərdə tutulsa da, cəbhədə baş verən hadisələrlə bağlı təxirə salınıb: “Belə məsləhətləşmələr oldu ki, gərginlik aradan qaldırılandan sonra iclası keçirib, qurultaylın gününü təyin edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR