DSX rəisi Elçin Quliyev Lənkəranda qəbul keçirəcək

DSX rəisi Elçin Quliyev Lənkəranda qəbul keçirəcək
# 06 fevral 2016 07:45 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevralın 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərini qəbul edəcək.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.


Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR