Çeçenistanda 3 İŞİD silahlısı məhv edilib

Çeçenistanda 3 İŞİD silahlısı məhv edilib
# 09 oktyabr 2015 01:21 (UTC +04:00)

Bundan əvvəl Rusiya DİN Qroznıda xüsusi əməliyyat zamanı 3 silahlının öldürüldüyü və 3 polis əməkdaşının yaralandığı barədə məlumat yayıb.

“Operativ məlumat əsasında respublikaya müxtəlif marşrutlarla İblis Dövlətinin düşərgələrində təlim keçmiş 3 silahlının daxil olduğu müəyyən edilmişdi. Onların bayram günlərində terror aktları törətməyi planlaşdırdığı məlum olub”, deyə Kadırov bildirib.

Onun sözlərinə görə silahlıların saxlanılması məqsədi ilə keçirilən xüsusi əməliyyat zamanı terrorçular müqavimət göstərib və yerindəcə məhv ediliblər. Atışma zamanı üç polis əməkdaşı yaralanıb. Öldürülənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib. Bu İŞİD silahlısı kimi barəsində beynəlxalq axtarış elan edilmiş Şamil Çerqizovdur. Silahlılardan partlayıcı maddə, mina, qumbara, avtomat götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR