"AGBank"ın filialında yanğın baş verib

"AGBank"ın filialında yanğın baş verib
# 13 yanvar 2016 08:52 (UTC +04:00)

Bakı - APA-Economics. Yanvarın 13-də səhər saatlarında qısa qapanma nəticəsində "AGBank"ın "Elmlər" filialında yanğın baş verib.

"APA-Economics"in xəbərinə görə, bankın əməkdaşlarının və yanğınsöndürmə xidmətinin təcili müdaxiləsi nəticəsində xoşagəlməz hadisə ətrafa güclü ziyan vurmayıb.

"Server və kassa şəbəkəsi işlək vəziyyətdədir. Hal-hazırda filialda xırda təmir işləri aparılır və qısa vaxt ərzində başa çatması nəzərdə tutulub. "AGBank" yaranan narahatçılığa görə filial müştərilərindən üzr istəyir və müvəqqəti olaraq bankın digər filiallarına müraciət etməyi xahiş edir", - deyə bankdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR