“Fitch” "DəmirBank"a reytinq verib

“Fitch” "DəmirBank"a reytinq verib
# 15 sentyabr 2016 17:36 (UTC +04:00)

Bakı – APA. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı banklarından biri olan "DəmirBank"ın xarici valyutada olan qısamüddətli reytinqini “B” olaraq təsdiqləyib.

Bankdan APA-ya verilən məlumata görə, son dəyişiklikdən sonra “Fitch Ratings” üzrə "DəmirBank"ın göstəriciləri aşağıdakı kimidir:

Xarici valyutada uzunmüddətli IDR: 'B-', RWN
Xarici valyuta qısamüddətli IDR: 'B', RWN
Dayanıqlılıq reytinqi: ‘ccc’, RWN
Dəstək reytinqi: '5'
Uzunmüddətli IDR-in dəstək reytinqi: 'No Floor'

Qeyd edək ki, “Fitch Ratings” agentliyi son reytinq qiymətləndirilməsini apararkən "DəmirBank"ın nizamnamə kapitalının 50 milyon manat artırılması qərarını nəzərə alınmayıb. Bu qərar "DəmirBank"ın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Kapitalın artırılması "DəmirBank"ın uzunmüddətli dayanıqlı inkişafına xidmət etməklə yanaşı, reytinq göstəricilərinin də yaxşılaşmasına səbəb olacaq.

DəmirBank-ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR