Gəncədə şəhid ailəsinə mənzil verilib

Gəncədə şəhid ailəsinə mənzil verilib
# 18 iyun 2016 12:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə şəhid ailəsinə mənzil verilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatını dəf edən zaman şəhid olan zabit Quliyev İnqilab Çingiz oğlunun ailəsi mənzillə təmin olunub.

İkiotaqlı mənzilin açarını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidin 5 yaşlı oğlu Hüseyn Quliyevə təqdim edib. İndiyədək kirayədə yaşayan şəhidin iki oğlan övladı artıq Gəncədə hərbçilər üçün salınan yeni şəhərcikdəki mənzildə yaşayacaq.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi təqdimetmə mərasimində E. Vəliyev bildirib ki, İ. Quliyevin ailəsinə verilən mənzil yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini vurğulayan icra başçısı küçəyə şəhidin adının verildiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR