Deputat: Bəzi qurumlarda, nazirliklərdə “Qaynar xətt” yox, “İlıq xət”dir, “Soyuq xət”dir”

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 07 may 2024 11:56 (UTC +04:00)

Deputat dəfn üzrə müavinətin artırılması təklifi ilə çıxış edib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, dəfn müavinəti almaqda da problemlər var: “İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”.

Deputat digər problemin pullu “Qaynar xət”lərlə bağlı olduğunu deyib. Pullu əsaslarla “Qaynar xətt” anlayışı ortadan qalxmalıdır. Bəzi qurumlarda, nazirliklərdə bu “İlıq xət”dir, “Soyuq xət”dir. Bu problem həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR