DGK sədri Şəkidə vətəndaşları qəbul edib

DGK sədri Şəkidə vətəndaşları qəbul edib
# 29 aprel 2016 10:56 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəki şəhərində Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında Şəki ilə yanaşı Qəbələ, Oğuz rayonlarının və Mingəçevir şəhər sakinlərini qəbul edib və onların müraciətlərini dinləyib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR