Rusiya Müdafiə nazirliyi NATO nümayəndəsinin bəyanatına şərh verib

Rusiya Müdafiə nazirliyi NATO nümayəndəsinin bəyanatına şərh verib
# 01 fevral 2016 17:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. “Biz onlardan başqa şey gözləmirdik. Təsadüfi deyil ki, Türkiyə tərəfi Rusiyaya qarşı hücumlardan sonra bu məsələyə NATO-nu cəlb edir”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə nazirliyinin rəsmisi İqor Konaşenkov NATO nümayəndəsinin bəyanatını şərh edərkən deyib.

Bundan əvvəl NATO nümayəndəsi Rusiya hərbi təyyarəsinin Suriya- Türkiyə sərhədini pozduğuna dair şəkillərin olduğunu, lakin onların məxfiləşdirildiyini bildirib.

“Tamamilə aydındır ki, məlumat bizdən deyil, ictimaiyyət və ilk növbədə Qərb və ABŞ KİV-lərindən məxfiləşdirilib. Artıq bunu inamla demək olar ki, Türkiyə onlardan kobud şəkildə istifadə edib. Bir daha NATO və Pentaqondakı həmkarlarımıza xatırlatmaq istəyirəm ki, həmrəylik nümayiş etdirməkdən əvvəl mövzunu öyrənmək lazımdır. Misal üçün, bu gün bizim yaydığımız kadrlarda açıq şəkildə göstərilir ki, NATO üzvü olan Türkiyə necə müstəqil dövlətin ərazisini ağır artilleriyadan atəşə tutur”, deyə İ.Konaşenkov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR