Azərbaycanda ictimai əhəmiyyətli hüquqi şəxslərin siyahısı təsdiqlənib

Azərbaycanda ictimai əhəmiyyətli hüquqi şəxslərin siyahısı təsdiqlənib
# 06 sentyabr 2016 22:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, qərara əsasən bu siyahıya publik hüquqi şəxslər, ictimai birliklər və fondler, dini qurumlar, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondlar, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər, kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər, telekommunikasiya xidməti göstərən müəssisələr, poçt müəssisələri və müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri daxil edilib.

“Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər də bu siyahıya daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR