Azərbaycanda 349 həkim sertifikasiya imtahanından keçəcək

Azərbaycanda 349 həkim sertifikasiya imtahanından keçəcək
# 13 sentyabr 2016 08:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu ilin sentyabrnda Azərbaycanda 349 həkimin sertifikasiya şəhadətnamələrinin etibarlılıq müddəti başa çatır.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından APA-ya verilən məlumata görə, onlar sertifikasiya imtahanından təkrar keçməlidirlər.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR