AXCP Etimad Qurultayı keçirilib

 AXCP Etimad Qurultayı keçirilib
# 18 oktyabr 2015 18:35 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayı keçirilib.

APA-nın məlumatına görə, Təşkilat Komitəsinin sədri Razi Nurullayev elan edib ki, qurultayda 212 nəfər nümayəndə iştirak edib.

Partiya sədrliyi uğrunda 3 namizəd mübarizə aparıb. Gizli səsvermə nəticəsində Təşkilat Komitəsinin sədri Razi Nurullayev 165 səslə partiya sədri seçilib.

Digər namizədlər - Mehmad Muradlı 24, Səbuhi Əliyev isə 14 səs toplayıb. Qurultay nümayəndələrindən 3 nəfər səs verməyib, 9 bülleten isə etibarsız sayılıb.

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin sabiq müavini olan R. Nurullayev əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini onun ətrafında birləşməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR