Türkiyə XİN-i ölkəyə qaçqın axınının azaldığını bildirib

Türkiyə XİN-i ölkəyə qaçqın axınının azaldığını bildirib
# 04 mart 2016 18:25 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın viza rejimini yenidən nəzərdən keçirməsi ilə əlaqədar ölkəyə qaçqın axınının xeyli azaldığını bildirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Mövlud Çavuşoğlu bu fikri Yunanıstana səfəri çərçivəsində çıxışı zamanı bildirib.

“Türkiyə miqrasiyaya dair tədbirlər planı çərçivəsində öz vəzifəsini icra edir. Biz viza rejimimizi yenidən nəzərdən keçiririk və qaçqınların sayının xeyli azaldığını müşahidə edirik”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 29-da keçirilmiş Aİ-Türkiyə sammitində razılaşdırılan tədbirlər planına əsasən, Türkiyə Aİ-yə miqrant axınının qarşısının alınmasına səylər göstərməlidir və Ankaraya ayrılacaq 3 mlrd avro və Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqların aktivləşdirilməsi müqabilində qaçqınların öz ərazisində yerləşdirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR