Rusiyada qasırğa nəticəsində 1200 evi su basıb

Rusiyada qasırğa nəticəsində 1200 evi su basıb
# 01 sentyabr 2016 04:03 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Primorsk diyarında “Layonrok” qasırğasının səbəb olduğu daşqın nəticəsində 1200-dək yaşayış evini su basıb.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Suyun küçə və həyətlərdən çəkilməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Bölgəyə dəyən zərərin həcmi müəyyənləşdirilir. Qeyd olunur ki, avqustun 28-də Primorsk diyarında qasırğa ilə bağlı xəbərdarlıq edilmişdi.

Son məlumata görə, hazırda “Layonrok” qasırğası Şimali Koreya ərazisinə çatıb. Xatırladaq ki, ötən gün Yaponiyada qocalar evinin 9 sakini adıçəkilən qasırğasının qurbanı olub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR