Psixi sağlamlıq sahəsindəki xidmətlər əhalinin yaşayış yerinə yaxınlaşdırılıb

Psixi sağlamlıq sahəsindəki xidmətlər əhalinin yaşayış yerinə yaxınlaşdırılıb
# 12 oktyabr 2015 08:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son zamanlaradək Azərbaycanda psixi sağlamlıq problemləri olan şəxslərin əksəriyyətinə ixtisaslaşmış müəssisələrdə - psixiatrik xəstəxanalar və psixonevroloji dispanserlərdə yardım göstərilib. Psixi sağlamlıq sahəsindəki xidmətlərin Səhiyyə Nazirliyinin ilkin yardım sisteminə inteqrasiyası məqsədilə psixonevroloji dispanserlərin ləğv edilməsi və həkim-psixiatrların ilkin yardım müəssisələrinə köçürülməsi qərarı qəbul edilib”.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə yaydığı məlumatda bildirilib.

Məlumatda deyilir ki, psixi sağlamlıq sahəsindəki xidmətlər əhalinin yaşayış yerinə yaxınlaşdırılıb: “Eyni zamanda həm psixi, həm də somatik problemi olan pasientlərin müraciət etməsi əhəmiyyətli dərəcədə asanlaşıb. Bundan əlavə, psixiatrik müəssisələrdə müalicəylə əlaqədar olan stiqma xeyli azalıb”.

Qeyd olunub ki, 2011-ci ildə Azərbaycan parlamenti tərəfindən psixi sağlamlıq haqqında qanunvericiliyə psixi pozğunluğu olan şəxslərin hüquq və maraqlarının qorunmasına yönəldilmiş dəyişikliklər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR