Boris Nemtsovun qətli ilə bağlı istintaq başa çatıb

Boris Nemtsovun qətli ilə bağlı istintaq başa çatıb
# 26 yanvar 2016 08:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətli ilə bağlı istintaq başa çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə təqsirləndirilən şəxslərdən birinin vəkili Musa Xadisov açıqlama verib. O bildirib ki, İstintaq Komitəsindən ona zəng edərək istintaqın başa çatdığı deyilib: “Yaxın vaxtlarda biz cinayət işinin materialları ilə tanışlıq prosesinə başlayacağıq. Zərərçəkmiş tərəf, təqsirləndirilən tərəf və onların müdafiəçiləri materiallarla tanış olduqdan sonra iş əvvəlcə prokurorluğa, sonra isə məhkəməyə göndəriləcək”.

Xatırladaq ki, Rusiyanın müxalif siyasətçisi Boris Nemtsov ötən ilin 28 fevral tarixində Moskvada güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR