Azərbaycanda 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi artıb

Azərbaycanda 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi artıb
# 03 mart 2016 14:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Silahlı Qüvvələr və digər güc strukturları tərəfindən sifariş olunmuş müdafiə təyinatlı məmulatlar üzrə bağlanmış müqavilələr tam yerinə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2015-ci ilin yekunlarına əsasən, istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illə müqayisədə dəfələrlə artıb: “Müdafiə sənayesi müəssisələri tərəfindən 7 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil edilib.

114, 6 milyon manat məbləğində müdafiə təyinatlı məlumatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 26,7 dəfə, 2010-cu ilə nisbətən 2,3 dəfə artıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR