Rusiya enerji naziri: “15-dən çox ölkə neft hasilatını dondurmağa hazırdır”

Rusiya enerji naziri: “15-dən çox ölkə neft hasilatını dondurmağa hazırdır”
# 01 mart 2016 18:30 (UTC +04:00)

Bakı-APA. 15-dən çox ölkə neft hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağa hazır olduqlarını təsdiqləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya enerji naziri Aleksandr Novak bəyan edib.

“Sözdən əmələ keçmək üçün nazirlər səviyyəsində görüş baş tutmalıdır ki, qərar rəsmi olaraq təsdiqini tapsın”, deyə A.Novak bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər. Eyni zamanda Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt və BƏƏ nefti hasilatının “dondurulması”na razılıq veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR