Bülənt Qorxmaz: “Azərbaycanlı futbolçuları Türkiyəyə aparacam”

Bülənt Qorxmaz: “Azərbaycanlı futbolçuları Türkiyəyə aparacam”
# 04 mart 2016 11:44 (UTC +04:00)

Bakı – APA. Türkiyənin əfsanəvi futbolçusu Bülənt Qorxmaz Azərbaycana gəlməyə hazırlaşır. Bu barədə apasport.az saytına 47 yaşlı mütəxəssis özü məlumat verib.

“Bakı”nın sabiq çalışdırıcısı martın sonlarında yenidən ölkəmizə gələcəyini bildirib. Budəfəki səfərdə məqsəd isə Topaz Premyer Liqasının oyunlarını izləməkdi: “Ayın sonlarında bir həftəlik ölkənizə gələcəm. Bu müddətdə çempionat oyunlarını izləyəcəm, özüm üçün siyahı tutacam”.

Son klubu “Mersin İdmanyurdu” olan Qorxmaz hazırda işsiz olsa da, bunun qısa sürəcəyinə inanır. Bu səbəbdən də gənc mütəxəssis gələcək komandasında görmək istəyəcəyi futbolçuların adlarını indidən müəyyənləşdirməyə başlayıb. “Qalatasaray”ın sabiq müdafiəçisi azərbaycanlı futbolçuları da özü ilə aparmaq niyyətindədi.

O bildirib ki, bəyəndiyi azərbaycanlı oyunçular var: “Qarabağ”, “Qəbələ” və “Neftçi”dən bir neçə futbolçu diqqət mərkəzimdədi. Orda olduğum müddətdə həmin oyunçuları canlı izləyəcəm. Maraq göstərdiyim futbolçuların hamısı azərbaycanlılardı. Əlbəttə ki, içlərində bəyəndiklərim olsa, gələcəkdə hansısa klubun “sükanı arxası”na keçəndə onları da ora aparacam”.

Qeyd edək ki, futbolçu karyerası yalnız “Qalatasaray”la bağlı olan Bülənt Qorxmaz 2007-ci ildən məşqçiliyə başlayıb. 2009/10 mövsümündə “Bakı”nı çalışdırmış “böyük kapitan” PRO kateqoriyalı məşqçi kursunu da ölkəmizdə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR