Azərbaycan XİN yunan və latviyalı deputatların işğal olunmuş ərazilərə səfərinə münasibət bildirib

Azərbaycan XİN yunan və latviyalı deputatların işğal olunmuş ərazilərə səfərinə münasibət bildirib
# 12 aprel 2016 14:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Xarici İşlər Nazirliyi Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya parlamentinin üzvü Serqeys Potapkinsin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında beynəlxalq hüquqa zidd olaraq 11 aprel tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə bu qanunsuz səfəri qərəzli və təhrikçi yanaşma kimi qiymətləndirib: “Yunanıstan və Latviyanın Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinə dair mövqeyinə və ölkələrimizin qanunverici orqanları arasında olan əməkdaşlığın ruhuna zidd olaraq bu kimi birtərəfli addımın atılması Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Ölkələrimiz arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar Latviya və Yunanıstandakı səfirliklərimiz Azərbaycanın narahatlığını bu ölkələrin aidiyyəti dövlət orqanlarına çatdıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR