Bərzani: “PYD-yə hər hansı yardım etmək PKK-ya dəstək verməkdir”

Bərzani: “PYD-yə hər hansı yardım etmək PKK-ya dəstək verməkdir”
# 23 mart 2016 13:04 (UTC +04:00)

Bakı-APA. “PYD-yə ediləcək hər hansı yardım PKK-ya dəstək anlamına gəlir. PKK və PYD tam olaraq bir-birinin eynidir”.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani “Al Monitor” internet dərgisinə açıqlamasında bildirib.

Bərzani ABŞ-la PKK-nın Suriya qolu olan PYD arasında əlaqələr barədə verilən “ABŞ onların ikisinin də eyni təşkilat olduğunun fərqində deyilmi” sualına cavab olaraq bunları deyib: “Onlar da bunu çox yaxşı bilirlər. Amma bildiklərini dilə gətirmək istəmirlər. ABŞ İŞİD-lə mübarizəyə üstünlük verir. O səbəbdən bunu görməzdən gələ bilərlər”.

PYD-nin bir qədər əvvəl Suriyanın cənubunda nəzarət etdiyi ərazilərdə federasiya elan etməsi barədə qərarına münasibət bildirən Bərzani federasiya anlayışının Suriyanın durumuna uyğun gəldiyinə inanmadığını deyib və qeyd edib ki, suriyalıların öz aralarında ortaq bir qərar vermələri lazımdır :”Kürdüstan bölgəsində federasiya elan edən zaman bunu birtərəfli qaydada etmədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR