Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkirdə avtomobil piyadanı vurub
# 26 fevral 2016 18:56 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Hüseyn Rzayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Pərvin Qurbanovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR