İsmayıl Kahraman: “Dövlətlərin münasibətləri mənfəətə əsaslanır, millətlərin dostluğu əbədidir”

İsmayıl Kahraman: “Dövlətlərin münasibətləri mənfəətə əsaslanır, millətlərin dostluğu əbədidir”
# 22 dekabr 2015 10:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, aramızda qardaşlıq bağları var”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin rəhbəri İsmayıl Kahraman Türkiyənin Azərbaycandakı səfirliyinin onun şərəfinə verdiyi ziyafətdə deyib. İ. Kahraman bildirib ki, bu münasibətlər həm dünya, həm də region üçün vacib işbirliyidir: "Bu əməkdaşlıq davam edəcək. Orta Asiyadakı türk cümhuriyyətləri ilə qurduğumuz təşkilatlar var, qarşılıqlı yatırımlar var. Azərbaycanda 2665 türk iş adamı fəaliyyət göstərir. Gələcək üçün 15 milyard dollarlıq sərmayə hədəfi qoyulub. Dövlətlərin münasibətləri mənfəətə əsaslanır, amma millətlərin dostluğu əbədidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR