Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib

Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
# 04 may 2024 23:10 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

APA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında diplomatik passport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş nazirlər tərəfindən imzalanıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR