"Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü həbs olunub

"Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü həbs olunub
# 10 dekabr 2015 11:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. "Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR