"Statoil" TAP-dakı payını İtaliyanın "Snam" şirkətinə satacaq

"Statoil" TAP-dakı payını İtaliyanın "Snam" şirkətinə satacaq
# 01 dekabr 2015 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Norveçin “Statoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında payını satdıqdan sonra, “Trans-Adriatik” boru kəməri (TAP) layihəsindəki payını da satmaq qərarına gəlib.

APA-Economics”in “Statoil” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkət TAP-dakı 20%-lik payını İtaliyanın “Snam” şirkətinə satmağa razılaşıb.

Məlumata görə, alqı-satqı əməliyyatlarının ümumi məbləği 208 mln. avro təşkil edir. Müqavilənin 2015-ci ilin sonuna kimi imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri paya malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR