Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində vəzifəli şəxslər ölüb - YENİLƏNİB-2

Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində vəzifəli şəxslər ölüb - <span style="color: red;">YENİLƏNİB-2
# 26 yanvar 2016 17:37 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə körpüdən aşan avtomobil rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsus olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 18 radələrində Daşkəsən rayonun Bayan kəndi ərazisində ağır yol nəqliyyat qəzası baş verib. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, rayon sakini, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus “Niva Chevrolet” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və Qoşqar çayı üzərində olan körpüdən təxminən 20 metr hündürlükdən çaya aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

**** 18.39

Daşkəsən. Azər Məmmədli - APA. Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Daşkəsən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.

***

saat 18.14

Daşkəsən. Azər Məmmədli - APA. Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndi ərazisində “Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində iki nəfər ölüb. Xəsarət alanların olduğu da bildirilir.

Hazırda hüququ-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR