Bakı. Etibar Məmmədov - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda sentyabrın 26-a təyin edilmiş referendumda seçki məntəqələrində "web-camera"lardan istifadə məsələsinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "web-camera"lardan istifadə Azərbaycanın seçki təcrübəsində geniş yayılıb. Onun sözlərinə görə, kameralar vasitəsilə səsvermə prosesini gün ərzində canlı müşahidə etmək mümkün olacaq ki, bu da seçkinin şəffaf keçirilməsi barədə hər hansı şübhəyə əsas verməyəcək: "Azərbaycanda mövcud olan seçki məntəqələrinin 20 faizində "web-camera"lardan istifadə olunur. Bu il də bu təcrübədən istifadə ediləcək. Bu il 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində "web-camera"lar quraşdırılacaq. İşğal olunmuş ərazilər istisna olunmaqla, ölkə ərazisinin hər yerində "web-camera"lar tətbiq ediləcək və vətəndaşlar gün ərzində səsvermə prosesini canlı müşahidə edə biləcəklər".
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Referendumda min seçki məntəqəsində "web-camera"lar quraşdırılacaq
21 sentyabr 2016 14:19 (UTC +04:00)
Daxili siyasət
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024
YAP sədrinin müavini parlament seçkilərinin vaxtının irəli çəkilməsi məsələsinə münasibət bildirib
10:39
10 may 2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:00
10 may 2024