ABŞ Dövlət Departamenti: Rusiya hərbi təyyarəsi Türkiyə sərhədini pozub

ABŞ Dövlət Departamenti: Rusiya hərbi təyyarəsi Türkiyə sərhədini pozub
# 01 fevral 2016 22:18 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus hərbi təyyarə yanvarın 29-da Türkiyənin hava məkanını pozub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsu Con Kirbi bəyan edib.

“Bu ittiham deyil, yalnız faktdır. Gördüyümüz müvafiq məlumatlara əsaslanaraq təsdiq edə bilərik ki, Rusiyaya məxsus hərbi təyyarə həqiqətən Türkiyənin və NATO-nun hava məkanını pozub”, deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ bu məsələdə Türkiyə ilə həmrəydir: “Biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə və regionda qeyri-sabitliyin artmasına yönələn hərəkətlərə son qoymağa çağırırıq. Hesab edirik ki, Rusiya və Türkiyə ünsiyyətdə olmalı, gərginliyi aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR