“Qalatasaray” Mustafa Dənizliyə əvəzləyici tapıb

“Qalatasaray” Mustafa Dənizliyə əvəzləyici tapıb
# 29 fevral 2016 11:02 (UTC +04:00)

Bakı – APA. “Qalatasaray” rəhbərliyi istefa verəcəyi gözlənilən Mustafa Dənizlinin əvəzinə yeni baş məşqçi axtarışına çıxıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu postu tutmağa bir nömrəli namizəd Okan Burukdu.

“Sarı-qırmızılılar”ın A planı məhz Burukun komandaya gətirilməsindən ibarətdi. Rəhbərlik 42 yaşlı çalışdırıcı ilə danışıqlara start verib. İstanbul klubu cari mövsümün əvvəlində “Sivasspor”un baş məşqçisi olmuş Burukun nə olursa-olsun, razılığını almaq niyyətindədi.

B planı isə ondan ibarətdi ki, Okan Buruk “yox” cavabı versə, komandaya mövsümün sonuna qədər Klaudio Taffarel başçılıq edəcək.

Qeyd edək ki, Türkiyə Superliqasının XXIII turunda “Qaziantepspor”a 0:2 hesablı məğlubiyyətdən sonra Mustafa Dənizli istefa verəcəyinə işarə edib. Onun bu gün postundan rəsmən uzaqlaşacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR