İŞİD silahlıları İraqda 40 nəfəri edam edib

 İŞİD silahlıları İraqda 40  nəfəri edam edib
# 21 avqust 2016 18:17 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində 40 nəfəri edam edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sabiq təhlükəsizlik xidmətinin əməkdaşlarını və yerli sakinləri kütləvi şəkildə qətlə yetirib.

Silahlılar qətlə yetirilənlər şəxsləri ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda ittiham edib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR