Misirdə hotelə silahlı hücum edilib, ölən və yaralananlar var

Misirdə hotelə silahlı hücum edilib, ölən və yaralananlar var
# 08 yanvar 2016 20:55 (UTC +04:00)

Bakı-APA. Misirin kurort şəhəri olan Hurqadada hoteldə silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər hotelə daxil olaraq atəş açıb.

Hadisə nəticəsində 3 turist yaralanıb. Polis hotelə hücum edən 3 silahlını məhv edib.

Kurort şəhərin bütün giriş-çıxışı polis tərəfindən nəzarətə götürülüb. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR