AFFA “Kəpəz”i cəzalandırıb

AFFA “Kəpəz”i cəzalandırıb
# 05 aprel 2016 10:34 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVIII turunun oyunlarında baş verənlər də müzakirə olunub.

Turun yeganə qırmızı vərəqəsi AZAL – “Kəpəz” görüşündə qeydə alınıb. Həmin matçda ikinci sarı vərəqə üzündən meydandan qovulan Junior Osvaldo 1 oyunluq cəzalanıb. “Kəpəz” braziliyalı legionerinə görə 200 manat cərimə ödəməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR