AFFA “Kəpəz”i cəzalandırıb

 AFFA “Kəpəz”i cəzalandırıb
# 10 noyabr 2015 11:08 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XII turunun oyunlarında yaşanan hadisələr müzakirə olunub.

Qırmızı vərəqənin qeydə alınmadığı turda yalnız bir klub cəzalanıb. AZAL-la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat cərimə olunub.

“İnter”lə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ”ni də eyni cərimə gözləsə də, bu baş verməyib. Belə ki, oyun dünən keçirildiyindən komitə bu matçla bağlı qərarı növbəti yığıncağında verməyi məqsədəuyğun sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR