Azərbaycanda məktəbli qız intihar edib

Azərbaycanda məktəbli qız intihar edib
# 04 dekabr 2015 08:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ahısxa kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, R. Əılicanova 9-cu sinif şagirdi imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR