MTRŞ-nın ANS-ə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb

MTRŞ-nın ANS-ə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb
# 09 dekabr 2015 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, buna ANS-in MTRŞ-ya qarşı qarşılıqlı iddia qaldırması səbəb olub: “ANS şuraya qarşı qarşılıqlı iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Həmin iddiaya bir neçə gün əvvəl bizim iştirakımız olmadan baxılıb. Hakim tərəfindən həmin iddia məhkəməyə qəbul edilməyib. Bu qərarla razılaşmayan ANS isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Həmin şikayətə baxıldıqdan sonra proses 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində davam etdiriləcək” .

T. Mirzəzadə ANS-in iddiasının nədən ibarət olduğunu bilmədiyini də deyib: “Həmin prosesdə biz iştirak etmədiyimizə görə, iddianın mahiyyətinin nədən ibarət olmasını bilmirik”.

Qeyd edək ki, MTRŞ ANS tərəfindən çəkilməli olan “Abşeron” adlı serial üçün 160 min manat vəsait ayırdığını, lakin televiziyanın serialı başqa adla təqdim etdiyini iddia edir. Buna görə məhkəməyə müraciət edən MTRŞ pulun geri qaytarılmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR