Gəncə sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Gəncə sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
# 17 aprel 2016 00:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Şamil Qəhrəmanov döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, Ş. Qəhrəmanov şəhərin Məhsəti qəsəbəsində yaşadığı evdə özü-özünü bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR