ARDNŞ Qaradağ rayon İcra Hakimiyyətini məhkəməyə verib

ARDNŞ Qaradağ rayon İcra Hakimiyyətini məhkəməyə verib
# 11 yanvar 2016 07:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaradağ rayon icra Hakimiyyətini məhkəməyə verib.

APA-nın məlumatına görə, ARDNŞ icra hakimiyyəti tərəfindən Stella Sadıqovanın adına verilmiş sərəncamın etibarsız hesab edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardaddan verilən apellyasiya şikayəti də təmin edilməyib. Bundan sonra ARDNŞ kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Yanvarın 13-də Ali Məhkəmə tərəfindən şikayətə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR