Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Göyçay rayon prokurorluğunun məlumat yayıb.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Saat 22:28
May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.