Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri dəyişdirilir

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri dəyişdirilir
# 26 fevral 2016 09:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ martın 4-də plenar iclasda müzakirəyə çıxarılacaq “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əks olunub.

İşçi qrupunun rəhbəri postuna deputat Rüfət Quliyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda işçi qrupunun rəhbəri Eldar İbrahimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR