"Buta Sığorta" 2015-ci ili zərərlə başa vurub

"Buta Sığorta" 2015-ci ili zərərlə başa vurub
# 18 yanvar 2016 13:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Buta Sığorta” ASC 2015-ci ilin maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin əvvəli ilə müqayisədə 2015-ci ilin sonuna şirkətin cəmi aktivləri 7,69% azalaraq 10 mln. 965 min 892,43 manat təşkil edib. Hesabat dövründə aktivlərin strukturunda cəmi qısamüddətli aktivlərin həcmi 4,03% azalaraq 9 mln. 905 min 681,77 manat olub. 2016-cı ilin yanvarın 1-ə cəmi uzunmüddətli aktivlər 31,93% azalaraq 1 mln. 60 min 210,66 manata düşüb.

Sığorta şirkətinin debitor borcları 14,93% artaraq 1 mln. 346 min 446,09 manat təşkil edib.

Şirkətin birbaşa sığorta üzrə debitor borcları 1 mln. 249 min 986,97 manat olub. Ötən ilin sonuna “Buta Sığorta”nın iddia tələbləri üzrə debitor borcları 35 min 740,41 manat təşkil edib.

Hesabat dövründə şirkətin cəmi kapitalında da azalma qeydə alınıb. Belə ki, ötən ilin əvvəli ilə müqayisədə bu göstərici 12,88% azalaraq 4 mln. 697 min 133,08 manata qədər azalıb.

2015-ci ildə “Buta Sığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 0,21% artaraq 6 mln. 103 min 892, cəmi qısamüddətli öhdəlikləri 2,4 dəfə azalaraq 164 min 867 manat təşkil edib. Beləliklə, şirkətin cəmi öhdəlikləri 2015-ci il üzrə 3,37% azalaraq 6 mln. 268 min 759 manata qədər azalıb.

Ötən il “Buta Sığorta”nın gəlirləri 6 mln. 783 min 617 manat, xərcləri 7 mln. 677 min 868 manat təşkil edib.

Şirkət 2015-ci ili 894 min 250,74 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR