Bu ilin I yarısında Azərbaycanda açılan yeni iş yerlərinin 72%-i regionların payına düşüb

Bu ilin I yarısında Azərbaycanda açılan yeni iş yerlərinin 72%-i regionların payına düşüb
# 16 avqust 2016 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 iyul 2016-cı il tarixinə qədər olan dövr ərzində ümumilikdə 336,3 min olmaqla 269,4 min daimi iş yerləri yaradılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci yarım ili ərzində isə ölkədə 93,1 min yeni, o cümlədən 73,1 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 26,3%-i Bakı şəhərinin, 1,9%-i Naxçıvan Muxtar Respublikasının, 71,8%-i regionların, o cümlədən 25,9%-i Aran, 14,3%-i Gəncə-Qazax, 7,2%-i Abşeron, 6,9%-i Lənkəran, 5,7%-i Şəki-Zaqatala, 4,4%-i Quba-Xaçmaz, 3,7%-i Dağlıq Şirvan, 3,1%-i Yuxarı Qarabağ, 0,6%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,1%-i mövcud müəssisə və təşkilatlarda, 1,1%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.

Hüquqi səxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 7,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,4%-i tikinti, 4,2%-i su təchizatı; tullantıların təmizlənməsi və emalı, 3,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,9%-i emal sənayesi, 1,8%-i nəqliyyat və anbar təsərrüfatı, 1,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 7,3%-i isə digər fəaliyyətlər üzrə ixtisaslaşmış müəssisə və təşkilatlarda açılıb.

Bununla yanaşı, 2016-cı ilin I yarım ili ərzində ölkədə 25,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 75,3%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,2%-i fərdi sahibkarlıq subyektlərinin, 18,8%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18,0%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR