Xaçmazda qadın evdə yanaraq ölüb

Xaçmazda qadın evdə yanaraq ölüb
# 10 sentyabr 2016 08:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xaçmaz rayonunda ev yanıb.


APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə Yataqoba kəndində baş verib.

Vətəndaşa məxsus ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə, ikinci mərtəbədə iki otağın yanar konstruksiyaları və ev əşyaları 52 kv. metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR