Gürcü general: “Azərbaycan ordusunun uğurlarına sevinirik”

Gürcü general: “Azərbaycan ordusunun uğurlarına sevinirik”
# 24 iyun 2016 10:21 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Biz Azərbaycan Silahlı Qüvvələrinin inkişafını diqqətlə müşahidə edirik, uğurlarına sevinirik”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Gürcüstan Silahlı Qüvvələrinin qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze deyib.

O, Azərbaycana və bütövlükdə Cənubi Qafqaz regionuna sülh arzulayıb: “Hər bir ölkədə sülh olmalıdır”.

V. Kapanadze Gürcüstanla Azərbaycan arasında hərbi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Çoxsaylı tədbirlər və təlimlər keçiririk. Biz Azərbaycan Silahlı Qüvvələri ilə mütəmadi olaraq təlimlərdə birgə iştirak edirik. Azərbaycan hərbçiləri Gürcüstanda təşkil olunan dağ hazırlıq təlimlərində tez-tez iştirak edirlər. Bizim Türkiyə və Azərbaycanla üçtərəfli təlimlərimiz də keçirilir. Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin zabitləri təcrübə mübadiləsi aparır, hərbi biliklərini daha da zənginləşdirirlər. Azərbaycanın hərbi kompleksinin inkişafını maraqla izləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR