Avropa Komissiyası: Rusiya təyyarəsi ilə bağlı baş verənləri yaxından izləyirik

Avropa Komissiyası: Rusiya təyyarəsi ilə bağlı baş verənləri yaxından izləyirik
# 24 noyabr 2015 12:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Avropa Komissiyası Suriya-Türkiyə sərhədində Rusiyanın döyüş təyyarəsinin vurulması ilə bağlı hadisəni yaxından izləyir və faktları dəqiqləşdirməyə çalışır.

APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Aleksandr Vanşteyn bildirib.

"Biz vəziyyəti yaxından izləyirik və dəqiq nə baş verdiyini anlamağa çalışırıq. Bu səbəbdən də əlavə şərh verə bilmirik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsi Türkiyə tərəfindən vurulub. Bir pilotun öldüyü, digərinin türkmənlərin əlində olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR