Bakıda “Qafqaz Universitetləri Birliyi 2016-cı il Təhsil Sərgisi” keçirilib

Bakıda “Qafqaz Universitetləri Birliyi 2016-cı il Təhsil Sərgisi” keçirilib
# 16 aprel 2016 10:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qafqaz Universitetləri Birliyi (KÜNİB), Azərbaycan Respublikasının Prezidenti yanından Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu və “English Time” məktəbinin təşkilatçılığı ilə “Qafqaz Universitetləri Birliyi 2016-cı il Təhsil Sərgisi” keçirilib.

APA-nın xəbərinə görə, sərgidə Türkiyə universitetlərin rektor-müəllim heyətləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetləri Birliyinin qurucu başqanı Ramazan Qorxmaz bildirib ki, sərgidə iştirak etmək üçün Türkiyənin 30-dək universitetinin təmsilçiləri Bakıya gəlib. “Türkiyənin təhsil sahəsində əldə etdiyi nailiyyətləri və mövcud imkanlarını azərbaycanlı qardaşlarımızla paylaşmağa gəlmişik. Qafqaz coğrafiyası bizim taleyimizdir. Gələcəkdə Avropada olduğu kimi Qafqazda da sərhədlər qaldırılacaq”.

Dünyanın gələcəyinin təhsillə bağlı olduğunu deyən R. Qorxmaz ortaq yanaşmaların formalaşdırılması ilə bu sahədə daha böyük nailiyyətlərin əldə edilə biləcəyinə diqqət çəkib.

Bakı Dövlət Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin həmsədri Abel Məhərrəmov isə artıq ənənəyə çevrilən bu təhsil sərgisinə marağın artdığını bildirib. Onun sözlərinə görə, təhsil sahəsində uğurların əldə edilməsi üçün universitetlər assosiasiyalar şəklində fəaliyyət göstərməlidir: “Məsələn, BDU Avropa Universitetləri Birliyinin, AvroAsiya Universitetləri və Qara dəniz Universitetləri assosiasiyalarının üzvüdür. Bu tərkibdə universitetlər daha çox güclənir. Bu baxımdan assosiasiyaların böyük rolu var. Həmişə qlobal inteqrasiya, avroatlantik inteqrasiyanın vacibliyindən danışırıq. Amma ən yaxşı inteqrasiya regional inteqrasiyadır. Qafqaz Universitetlər Birliyinin üstünlüyü onun regional birlik olmasındadır. Birliyin fəaliyyətini yüksək qiymətləndirirəm. Əminəm ki, türk dünyasının təhsil ocaqları arasındakı əlaqələr daha da genişlənəcək”.

Açılış mərasimindən sonra Türkiyə universitetlərinin rektorlarının iştirakı ilə mətbuat konfransı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR