Türkiyədə polis məntəqəsinə hücum edilib, yaralanan var

Türkiyədə polis məntəqəsinə hücum edilib, yaralanan var
# 30 iyul 2016 05:20 (UTC +04:00)

Bakı-APA. PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub.

Terrorçularla yaranan atışma zamanı 1 polis əməkdaşı yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyatına təhlükə olmadığı bildirilir. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR