Yeni dərs ilində Bakıda I sinfə 48 minə yaxın uşaq qəbul olunacaq

Yeni dərs ilində Bakıda I sinfə 48 minə yaxın uşaq qəbul olunacaq
# 01 sentyabr 2016 15:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın uşağın qəbul olunacağı gözlənilir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanıb.

Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 45742 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 42892 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2850 nəfəri isə lisey və gimnaziyaları seçib. 4836 nəfər 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 89 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib.

Məktəblərdə I sinfə qəbul prosesi sentyabr ayının 15-də yekunlaşacaq. Uşaqlarının I sinfə qəbulu üçün qeydiyyatdan keçməkdə gecikmiş valideynlər isə oktyabr ayının 15-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR